Türkiyə BMT Baş Assambleyasında bu gün keçiriləcək Qüds səsverməsində dünyadan güclü dəstək gözləyir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib:
“Heç bir şərəfli dövlət ABŞ kimi ölkələrin təhdidlərinə boyun əyməz. Hamı milləti və vicdanı qarşısında qərar verəcək”.
Mövlud Çavuşoğlu BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda səfərdədir. İclas Bakı vaxtı ilə 20:00-da başlayacaq.
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında müzakirəya çıxarılacaq Qüdsün statusu ilə bağlı məsələyə münasibətdə Amerikanın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımını kəsəcəyini bəyan edib.