Böyük Britaniya şahzadəsi Uilyam Londonda keçirilən xeyriyyə tamaşasına qatılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tamaşadan sonra aktyorluq edən balaca uşaqlara istəklərini demək imkanı yaradılıb.
Azyaşlı qızlardan biri Uilyamdan atlı rolunu canlandırmağı xahiş edib. Şahzadə azyaşlının istəyini yerinə yetirib.
Bu hərəkət zaldakıların gülüşünə səbəb olub.
Həmin görüntüləri təqdim edirik: