ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı Qüds səsverməsindən öncə Vaşinqtonun yardım etdiyi ölkələrə maliyyəni kəsəcəyi ilə bağlı xəbərdarlığı dünya gündəmindən düşmək bilmir.
Teleqraf.com xəbər verir ki, bu açıqlama BMT Baş Assambleyasında Qüds qərarından sonra yenidən aktuallaşıb.
Bəs, görəsən, ABŞ hansı ölkələrə və nə qədər yardım göndərir?
Bununla bağlı dünyanın bir çox agentlikləri müxtəlif rəqəmlər açıqlayıb. Məlumata görə, ABŞ-ın ən çox maliyyə yardımı göstərdiyi ölkələr İsrail, Əfqanıstan, Misir, İraq, Keniya, Efiopiya və İordaniyadır. Bu ölkələrdən bircə Keniya səsvermədə iştirak etməyib. İsrail ABŞ-ın lehinə, qalanları isə əleyhinə səs veriblər.
Qeyd edilib ki, bu ölkələrin əksəriyyəti ABŞ-ın əli ilə qarışdırılmış, daha sonra isə “yardım” edilmiş ölkələrdir. Həmin ölkələrdə çox sayda amerikalı var. Onların təhlükəsizliyi səbəbindən ABŞ-ın bu ölkələrə yardımı dayandırması mümkün deyil.
Vaşinqton bu ölkələrə ildə nə qədər yardım ayırır?
İsrail – 3,1 milyard dollar
Misir – 1 milyard 380 milyon dollar
Əfqanıstan – 782 milyon dollar
İordaniya – 636 milyon dollar
Keniya – 632 milyon dollar
Tanzaniya – 545 milyon dollar
Uqanda – 450 milyon dollar
Zamibiya – 428 milyon dollar
Nigeriya – 413 milyon dollar
Pakistan – 344 milyon dollar
Somali – 177 milyon dollar
Səudiyyə Ərəbistanı – 10 min dollar
Türkiyə – 3 milyon 800 min dollar
Cibuti – 2 milyon dollar
ABŞ ümumilikdə 92 ölkəyə maliyyə yardımı göstərir. 2015-ci ildə göndərilən yardımın həcmi 43 milyard, 2016-cı ildə 49 milyard dollar olub, 2018-ci ildə isə 25 milyard dollar olacağı gözlənilir.