ABŞ 2018-2019-cu illərdə BMT-yə göndəriləcək maliyyəni 285 milyon dollar azaldacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
O bildirib ki, bu, BMT-nin Qüds qərarından sonra atılmış ən doğru və böyük addımdır:
“BMT həddən artıq xərcləri olan qurumdur. Bundan sonra Amerika xalqının comərdliyinin istismar edilməsinə yol verməyəcəyik”.
Qeyd edək ki, BMT-nin illik 5,4 milyard gəlirinin 3,3 milyardını ABŞ qarşılayır.