28 Dekabr 2017 16:23
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudanın Sevakin adasında Türkiyənin hərbi baza quracağı xəbəri Misiri də narahat edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, razılaşma Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə yaxın mətbu orqanlar tərəfindən sərt şəkildə tənqid edilib.

Həmin mətbu orqanlar Türkiyənin bu addımının Misirin təhlükəsizliyinə xələl gətirdiyini və bununla Qahirə tələyə salınacağı bildirilib.

Qeyd edək ki, dünən məsələ ilə bağlı açıqlama verən Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Ənvəq Qarqaş bölgə ölkələrinin təcili şəkildə Türkiyəyə qarşı birləşməli olduqlarını bildirib.


Müəllif: Samir

Oxşar xəbərlər