ABŞ Türkiyəyə qarşı viza qadağasını aradan qaldırıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi bunun bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Türkiyə verdiyi sözə sadiq qalıb: "Türkiyə hökuməti ABŞ səfirliyində çalışan türklərlə bağlı araşdırma aparılmayacağına dair verdiyi sözə sadiq qaldı. Həmçinin Türkiyə hökuməti yerli əməkdaşlarımızdan biri barədə araşdırma aparılacağı təqdirdə bu barədə öncədən ABŞ-ın səlahiyyətli şəxslərinə məlumat verəcəklərini bildirib. ABŞ Xarici İşlər Nazirliyi Türkiyənin verdiyi sözə sadiqliyini nəzərə alaraq viza rejiminə yenidən baxmağa qərar verib", deyə məlumatda bildirilir.
Xatırladaq ki, ABŞ səfirliyinin türk əməkdaşı Metin Topuzun həbsindən sonra Ağ Ev oktyabrın 8-də Türkiyəyə qarşı viza qadağası tətbiq etmişdi. Türkiyə də buna cavab olaraq ABŞ vətəndaşlarına viza verməkdən imtina etmişdi.