4 Avqust 2014 09:01
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Malatya şəhərində ürəkbulandıran zorlkama hadisəsi baş verib.

ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, şəhər sakini 17 yaşlı F.Ç. qonşusunun 4 yaşlı oğlunu zorlayıb.

Məlumata görə, şənbə axşamı F.Ç. ata-anasının evdə olmamasından istifadə edərək azyaşlını evlərinə aparıb. Bir müddət sonra isə 4 yaşlı uşaq huşunu itirmiş vəziyyətdə küçədən tapılıb. Dərhal xəstəxanaya çatdırlan azyaşlının zorlamaya məruz qaldığı məlum olub.

Hadisədə şübhəli bilinən F.Ç. polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Hadisəni eşidərək hiddətlənən məhəllə sakinləri isə hücum edərək F.Ç.nin yaşadığı evi daşqalaq ediblər.

Hadisə yerinə çevik polis alayı cəlb olunub və F.Ç.nin ailəsi gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə məhəllədən uzaqlaşdırılıb.

Faktla bağlı istintaq davam edir.


Müəllif:

Oxşar xəbərlər