Türkiyə Quru Qoşunlarının komandanı general Yaşar Gülərin mühafizə rəisi polkovnik Burak Akın polisə təslim olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Akın Fətullahçı terror təşkilatının üzvü olduğunu etiraf edib.
O, Ankara polis idarəsinə aparılıb və dindirilib.
Qeyd edək ki, 15 iyul hadisələrində qiyamçılara qarşı mübarizə apardığı üçün Akın qəhrəman elan edilmiş və medalla təltif olunmuşdu.