"Ze Daili Teleqraf" nəşri ABŞ prezidenti Donald Trampın "Tvitter"dəki səhvini "İlin sözü" seçib.
Teleqraf.com xəbər verir ki, oxucuların 27 faizi Trampın "covfefe" sözünə səs verib. "Covfefe" sözü mayın 31-də Trampın "Tvitter"də yarımçıq paylaşımında yaranıb. Trampın bununla nə demək istədiyi hələ də müəyyən edilməyib.
İkinci yerdə isə Trampın "Tvitter"dəki "Maybot" sözü qərarlaşıb. O, bu sözü Böyük Britaniyanın baş naziri Tereza Meyin ləqəbi kimi istifadə edib.
Üçüncü yerə isə "bitkoin" sözü layiq görülüb.