25 Aprel 2014 17:47
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan jurnalistlərə öz postunu tərk etdiyini bildirib.

Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.

Həmçinin "Orinats yerkir" partiyasına rəhbərlik edən A.Baqdasaryan deyib: "Bu təhlil edilmiş və əsaslandırılmış qərardır".

Partiya aprelin 16-da Siyasi Şuranın iclasının yekunları üzrə Ermənistanın yeni hökumətində öz iştirakını məqsədəuyğun hesab etməyib.

A.Baqdasaryan qeyd edib: "Bizim Siyasi Şuranın bəyanatında koalisiyadan çıxmanın səbəbləri dəqiqi göstərilib".

Onun sözlərinə görə, "Orinats yerkir" koalisiyada öz vəzifələrini icra edə, bu illər ərzində baş nazirlərin namizədliyinin müzakirələrində iştirak edə və parlamentdə prinsipial qərarların qəbuluna nail ola bilməyib.

Qeyd edək ki, aprelin 13-də Ermənistan Prezidenti Serj Sarkisyan parlamentin spikeri Ovik Abramyanı aprelin 3-də istefaya gedən Tiqran Sarkisyanın yerinə Baş nazir təyin edib. Ölkə Konstitusiyasına görə, yeni hökumət Baş nazir təyin ediləndən 20 gün sonra fosmalaşdırılmalıdır.


Müəllif: