Kataloniya böhranı İspaniyanı 1 milyard avro ziyana salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Luis de Guindos məlumat verib.
Kataloniya İspaniyanın daxili istehsalının 1/5 hissəsini təşkil edib. Böhran dövründən sonra Kataloniyanın İspaniya iqtisadiyyatındakı payı 8-9 faiz azalıb.
Qeyd edək ki, 2017-ci il 1 oktyabrda keçirilən qeyri-legitim referendumdan sonra həmin ayın 27-də Kataloniyanın müstəqilliyi təktərəfli şəkildə elan olunub. Elə həmən gün İspaniya senatı Kataloniya parlamentini buraxıb və dekabrın 21-də seçkilərin keçiriləcəyini bəyan edib.
Kataloniya hökumətinin bəzi nümayəndələri həbs edilsə də, separatçıların lideri Puçdemon başda olmaqla 3 nazir Belçikaya qaçıb.