Nigeriyanın cənub-şərqində yerləşən Benua ştatınındakı kəndlərin birinə hücum edən silahlılar qarşılarına çıxan insanları güllə-baran ediblər.
Teleqraf.com xəbər verir ki, silahlılar azı 50 nəfəri öldürüb, yüzlərlə şəxsi yaralayıblar.
Hücumun maldarlıqla məşöul olan fulani qəbiləsi tərəfindən həyata keçirildiyi qeyd olunur.
Benua ştatında qəbilələr arasında ərazi üstündə tez-tez qanlı toqquşmalar baş verir.