Paris Hilton sevgilisindən evlənmə təklifi alıb.
Teleqraf.com xəbər verir ki, amerikalı müğənni, fotomodel və aktrisa Paris Holtona sevgilisi Kris Zilka evlənmə təklifi edib. Həmin anın görüntülərini sosial şəbəkələrdə paylaşan müğənni duyğularını bu cür dilə gətirib:
“Bəli, dedim. Çox xoşbəxtəm. Həyatımın sevgisi ilə nişanlandım. O mənim ən yaxşı dostum, ruh əkizimdir. Mənim üçün ən mükkəmməli odur. Çox özəldir, sadiqdir, gözəl ürəyi var. Özümü dünyanın ən xoşbəxt qadını hiss edirəm. Sən mənim gerçək yuxumsan. Mənə nağılların var olduğunu sübut etdiyin üçün təşəkkür edirəm”.