ABŞ Prezidenti Donald Tramp Cənubi və Şimali Koreya arasında dialoqu dəstəklədiyini bəyan edib.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, Tramp gələcəkdə ABŞ-ın bu dialoqa qatıla biləcəyini istisna etməyib.
"Mən istərdim ki, onlar danışıqları Olimpiadadan sonra da davam etdirsinlər. Uyğun zamanda biz də bu istiqamətdə addım atacağıq. Olimpiada ilə bağlı onların dialoq ideyası mənim xoşuma gəlir", - Tramp bu gün jurnalistlərə bildirib.
Qeyd edək ki, Şimali və Cənubi Koreya rəsmiləri uzun fasilədən sonra ilk dəfə xüsusi rabitə kanalları ilə ikitərəfli əlaqələri, eləcə də Şimali Koreya idmançılarının Pxençxanda keçiriləcək Olimpiadada iştirakının mümkünlüyünü müzakirə ediblər.