8 Yanvar 2018 00:14
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə bağlı siyasətində dəyişiklik yoxdur və o, danışıqlara açıqdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli ABC telekanalında “Zis Vik” proqramında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şimali Koreya ilk növbədə nüvə sınaqlarını dayandırmalıdır: “Qarşı tərəf nüvə silahlarının qadağan edilməsi ilə bağlı danışıqlarda maraqlı olmalıdır. Şimali Koreya ilə nüvə müharibəsi istəmirik. Bunu bir neçə dəfə bəyan etmişik. Lakin ortada təhlükəli həqiqət var. Şimali Koreyaya bizim də onları yox edə biləcəyimizi xatırlatmaq istəyirik. Buna görə də sözlərinə və əməllərinə diqqət etməlidirlər. Bunun insanları narahat etdiyinin fərqindəyəm, amma belə etməsək, daha çox təhlükədə olarıq”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər