9 Yanvar 2018 21:28
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində ötən il 48 min 305 nəfərin həbs olunduğunu açıqlayıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, nazir saxlananların sayının daha çox olduğunu deyib.

“Saxlananların sayı bunun üç qatıdır. Təkcə bu rəqəmlər məsələnin necə dəhşətli olduğunu göstərir”, - deyə Süleyman Soylu qeyd edib.

Nazirin sözlərinə görə, FETÖ ilə mübarizə çərçivəsində ölkənin təhlükəsizliyini təmin etmək zərurəti hər kəsin yükünü bir neçə dəfə artırıb: “Problem ondadır ki, “yenilənməyə görə qapalıyıq” deyə bilməzdik. Çətinlikləri birlikdə geridə qoyduq. Bir tərəfdən gündəlik fəaliyyətimizi davam etdirərək mübarizəmizi apardıq, digər tərəfindən özümüzü yenilədik, çatışmazlıqları düzəltdik. Sahil mühafizəsi daxil olmaqla təhlükəsizlik spektrindəki işçilərimizlə bağlı islahatlar aparıldı”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər