10 Yanvar 2018 12:40
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Baş Prokurorluğunda ifadə verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Saakaşvili rəsmi Feysbuk hesabında məlumat verib.

O bildirib ki, prokurorluqda 2 saat dindirilib: “Onlar məni 2014-cü ildə Meydan hərəkatı zamanı etirazçılara atəş açılması ilə bağlı dindiriblər. Prokurorluq Rusiya Prezidenti Vladimir Putinin dostu Berluskoninin rəhbəri olduğu italyan telekanalının iddiasını dilə gətirdilər. İddialara görə, gürcü snayperlər mənim əmrim ilə insanlara atəş açıblar. Bildirmək istəyirəm ki, istintaqçılar çox peşəkar idilər”.


Müəllif: Samir

Oxşar xəbərlər