12 Yanvar 2018 01:24
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvador 5 ildən çoxdur bu ölkənin Londondakı səfirliyində yaşayan "Vikiliks"in qurucusu Culian Assanca vətəndaşlıq verib.

Teleqraf.com xəbər verir ki, Ekvador Xarici işlər naziri Mariya Fernanda Espinosa Assancın vətəndaşlıqla bağlı müraciətinə ötən ilin dekabrın 12-də müsbət cavab verildiyini bildirib.

Onun sözlərinə görə, Culian Assancla bağlı təhlükəsizlik zəmanəti olmadan səfirliyi tərk etməyəcək. Nazir Ekvadorun Assancla bağlı İngiltərə hökuməti ilə ədalətli həll yolu axtardığını söyləyib.

Espinosa Culian Assancın sentyabrda vətəndaşlıq almaqla bağlı müraciət etdiyini deyib.
İngiltərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ekvador hökumətinin Assanca diplomatik status verilməsi ilə bağlı müraciət etdiyini və mənfi rəy aldığını bəyan edib. Sözçü bu mövzuda Ekvadorla hər hansı müzakirə aparılmadığını deyib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər