ABŞ Tel Əvivdəki səfirliyini bu il Qüdsə köçürəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qüds qərarını ötən il dekabrın 6-da açıqlayıb. Vaşinqton səfirliyin Qüdsə köçürülməsinin bir neçə ilə həyata keçirəcəyini bildirib.