6 May 10:33
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.

Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, abituriyentlər bu gün 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

6 may saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə 5804 abituriyent elektron ərizəsini təsdiq edib.


Müəllif: Teleqraf.com