Finlandiyada növbədənkənar prezident seçkiləri başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
İnsanlar icra hakimiyyətlərində, ticarət mərkəzlərində və kitabxanalarda qurulmuş seçki məntəqələrinə səs verə bilərlər.
Xarici ölkələrdə yaşayan vətəndaşlar isə Finlandiyanın nümayəndəliklərində səs verəcəklər.