18 Yanvar 2018 19:43
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin iqtisadiyyatına dair hesabat açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu Asiya nəhənginin iqtisadiyyatında daxili istehsal 6,9 faiz böyüyüb. Bununla ölkənin iqtisadi böyüməsi 2010-cu ildən bu yana ilk dəfə yüksəliş əldə edib.

Hökumətin illik böyümə proqnozu 6,5 faiz olsa da, iqtisadçılar böyüməni 6,9 faiz rəqəmlə ifadə ediblər.

2016-cı ildə Çin iqtisadiyyatı 6,7 faiz böyüsə də, son 27 ildə bu, ən aşağı böyümə faktı kimi tarixə qovuşmuş və dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı narahatlıqlar yaranmışdı.

Hazırda Çin iqtisadiyyatı idxala dayanan iqtisadiyyatdan daxili istehsala malik dayanıqlı modelə keçməyə çalışır.

Qeyd edək ki, Çin iqtisadiyyatının böyüməsi ABŞ, Almaniya, Rusiya, İngiltərə kimi ölkələri narahat edir.

Çin Kommunist Partiyasının sədri və dövlət rəhbəri Si Çinpin bəyan edib ki, onun ölkəsi yaxın illərdə dünya birinciliyinə iddia edəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər