Ukrayna Prezidenti Petro Poroşenko ölkə qanunlarını pozub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Kiyev Apelyasiya Məhkəməsində deyib.
O bildirib ki, Poroşenko Maldiv adalarına istirahətə gedərkən Ukrayna Konstitusiyasının tələblərinə də əməl etməyib:
“Birincisi o, təyyarəyə minərkən heç bir yoxlanışdan keçməyib. İkincisi isə Poroşenko ölkəni tərk edərkən səlahiyyətlərini baş nazirə verməli idi. Ancaq bunların heç birini etməyib. O, məhkəmə qarşısında cavab verməlidir”.