Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemləri Yaxın Şərq və bəzi Mərkəzi Asiya ölkələrinə satılacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Müdafiə naziri, general Sergey Şoyqu məlumat verib.
O bildirib ki, hazırda məsələ ilə bağlı danışıqlar aparılır.
Şoyqu həmin ölkələrin adlarını açıqlamayıb.