ABŞ Prezidenti Donald Tramp Konqresin miqrantlarla bağlı təklifini qəbul edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təklifə əsasən, 1,8 milyon qeyri-leqal miqranta vətəndaşlıq veriləcək:
“Onlardan 700 mini “DACA” proqramı ilə hazırda ABŞ-da olan miqrantlar, 1,1 milyonu isə bu proqramdan istifadə hüququ əldə etmiş şəxslərdir. Əgər qanunla problemləri olmasa, həmin şəxslər 10-12 il ərzində vətəndaşlıq ala biləcəklər”.
Konqresin bu təklifini Tramp bir şərtlə qəbul edib. Prezidentin şərinə görə, Konqres Meksika və ABŞ arasında tikilməkdə olan divarın inşasına 25 milyard dollar ayıracaq.