Türkiyə polisi paytaxt Ankarada anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Baş Prokurorluğu məlumat yayıb.
Əməliyyat zamanı 70 müəllim saxlanılıb. Onlara qarşı Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə cinayət işi başlanıb.