Avropa dövlətləri Rusiya əleyhinə birləşməli və yeni koalsiya qurmalıdır.
Teleqraf.com-un məlumatına görə, bu bəyanatla Ukrayna Prezidenti Petro Poroşenko Davos İqtisadi Forumunda çıxış edib.
Ukrayna rəhbərinin fikrincə, Rusiya elan olunmamış müharibəni genişləndirir: "Rusiyanın bizim hamımıza qarşı elan olunmamış müharibəsi geniş miqyas alır. Buna görə də hazırkı vəziyyətdə yeni koalasiya, yeni proqram və yeni yanaşmalar haqda düşünməliyik".
Petro Poroşenko hesab edir ki, Avropa ölkələri Rusiya təhlükəsinə qarşı birgə güc qoymalıdırlar.