28 Yanvar 2018 08:05
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlar zamanı SEPAH-ın üç hərbçisi öldürülüb. Teleqraf.com xəbər verir ki, bu barədə İranın "Tesnim" xəbər agentliyi məlumat yayıb.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) piyada qüvvələrinin komandiri general Məhəmməd Pakpur Nəcəf şəhərində 21 nəfərlik İŞİD qruplaşmasına qarşı hərbi əməliyyat aparıldığını bildirib. Qeyd edib ki, qrupun 16 üzvü ələ keçib. İki nəfər qaçıb, üç nəfərsə öldürülüb.

Atışma zamanı üç inqilab keşikçisinin də öldürüldüyü qeyd olunur.


Müəllif: Ayxan

Oxşar xəbərlər