ABŞ-da qrip epidemiyasından ölənlərin sayı durmadan artır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, epidemiya ölkənin 39 ştatında qeydə alınıb.
Məlumatlara görə, bu ştatlarda ümumilikdə 100 min insan qripdən əziyyət çəkir. Son məlumatlarda epidemiyadan ölənlərin sayının 41 nəfərə çatdığı, bunlardan 37-sinin uşaq olduğu bildirilib.
Qeyd edək ki, 2014-2015-ci illərdə qrip epidemiyasından 148 uşaq ölmüşdü.