ABŞ Dövlət katibi Reks Tillersonun Nikolas Maduronu istefaya səsləməsinə Venesuelanın cavabı gecikməyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər naziri Xorxe Arreaza danışıb.
O, bütün Latın Amerikası ölkələrinin ortaq düşmənə qarşı birləşməli olduğunu deyib: “İmperializm düşmənimizdir. Tramp Venesuela və Mərkəzi Amerika miqrantlarına hücum etdiyi kimi Meksikaya qarşı da eyni addım atır”.
Qeyd edək ki, Tillerson Venesuelada vəziyyətin yalnız prezident Nikolas Maduronun istefaya gedəcəyi halda düzələcəyini bildirmişdi.