3 Fevral 2018 22:15
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Naziri Ceyms Mettis keçirdiyi mətbuat konfransında Türkiyə Silahlı Qüvvələrinin PYD/PKK-ya qarşı “Zeytun Budağı” əməliyyatı və Türkiyənin mümkün Menbiç hücumlarına dair sualları cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbəri “Zeytun Budağı” əməliyyatının İŞİD terror təşkilatı ilə mübarizədən diqqəti yayındırdığını deyib.

Mettis Suriyadakı prosesləri Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli ilə müzakirə etdiklərini bildirib.

Nazir Türkiyə Silahlı Qüvvələrinin Menbiç əməliyyatına başlayıb-başlamayacağına aid suallara belə cavab verib:

“Bu haqda indi danışmayacağam. İctimaiyyətə açıqlama verməyin zamanı deyil. Məsələ barədə danışmaq işləri daha da çətinləşdirə bilər. Yalnız onu deyə bilərəm ki, bu, hazırda müttəfiqimiz Türkiyə ilə aktiv müzakirə mövzusudur".


Müəllif: Samir

Oxşar xəbərlər