ABŞ Əfqanıstana əlavə hərbi qüvvə göndərməyəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Ceyms Mettis jurnalistlərə açıqlamasında deyib:
“Belə bir planımız yoxdur. Fikrimcə, Əfqanıstandakı ABŞ əsgərləri kifayət qədərdir”.
“Vaşinqton Post” nəşri Pentaqonun Əfqanıstana min nəfərdən ibarət yeni hərbi qüvvə göndərəcəyini yazmışdı.