4 Fevral 2018 21:54
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Hava Yolları” aviaşirkətinin Kiyev-Tbilisi reysini yerinə yetirən təyyarəsi Tbilisi beynəlxalq havalimanında qəza enişi edib.

Buna səbəb təyyarənin əyləc sistemində yaranmış texniki problem olub.

Təyyarə Tbilisi ətrafında 3 dəfə dairə vurub və 35 dəqiqə gecikmə ilə yüksək sürətlə hava limanına enə bilib. Hadisə yerinə xilasetmə xidməti cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Texniki yoxlamadan sonra təyyarənin Tbilisi-Kiyev reysini yerinə yetirib yetirməyəcəyi məlum olacaq. (apa)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər