Dünyanın ən qati cinayətkarı qurbanlarını qəzetlərə elan verərək müəyyən edirdi. Onun məhkəməsi bir çox dəhşətli cinayətlərin üstünü açdı. Fransa həmin an Parisin qatı cinayətkarına görə, şok keçirirdi. Axı söhbət onlarla dul qadının puluna sahibləndikdən sonra onları öldürməkdən və cəsədlərini yandırmaqla izlərin itirilməsi kimi dəhşətli cinayətlərdən gedirdi.
Teleqraf.com xəbər verir ki, bu cinayətləri həyata keçirən Henri Desire Landru idi. Landru 1869-cu ilin aprelində Parisdə dünyaya göz açmışdı. Ata-anası işləməklə ailəni dolandırır, övladlarının əziyyətə düşməsini istəmirdi. Ancaq hərbi xidmətdən dönən Landru xalası qızı ilə ailə qurdu, onun 4 övladı oldu. Lakin Henri Desire Landru heç bir işdə qərar tuta bilmir, asan yolla böyük pullar qazanmaq istəyirdi. Bu hərisliyi Landrunu fırıldaqçılıqla məşğul olmağa məcbur etdi. Elə dörd övladının anası olan xanımı da onu bu səbəbdən tərk etməli oldu.
Bir müddət sonra Landru ailə qurmaq üçün xanım axtardığı haqda qəzetlərdə elan verdi. Və 40 yaşında olan zəngin xanım İzoreyanı tapdı. Landru İzoreyanın pulunu aldıqdan sonra ondan ayrıldı. Ancaq İzoreya dərhal polisə şikayət etdi və fırıldaqçı Landru həbs edildi.
Henri Desire Landrunun atası oğlunun fırıldaqçılıqla məşğul olduğu haqda xəbərlər almışdı. Bu səbəbdən də çox yaşaya bilmədi, qınaqlar onu intihara sürüklədi...
Ancaq atasının onun bu hərəkətləri səbəbindən intihar etməsi Landrunu dayandırmadı. Həbsdən azad edildikdən sonra Landru qadınları dolamaqda, fırıldaq yolu ilə onların pullarına sahiblənmək işini davam etdirməkdə qərarlı oldu. Fəqət bu dəfə ondan şikayət edərəcək bir qadın belə olmayacaqdı. Parisin bir nömrəli fırıldaqçısı və cinayətkarı pullarını ələ keçirdiyi qadınları öldürmək qərarına gəlmişdi.
Həbsdən çıxdıqdan az sonra Paris qəzetlərində “43 yaşında, iki uşaqlı, dul, normal gəlirə sahib, şəfqətlə sevən bir bəyəm. Bənzər özəlliklərə sahib bir xanımla ailə qurmaq istəyirəm“ səpkili elan ortaya çıxdı. Landrunun bu elanına qarşılıq olaraq cavablar gəlməyə başladı. Beləcə, ilk qurban Madan Cucet oldu. Əvvəl ikisi birlikdə yaşamağa başladı. Landru Madam Cucetin pullarını ələ keçirdikdən sonra onu öldürdü. Bu Landrunun birinci və sonuncu qurbanı olmadı...
Təxminən onlarla belə qadının pulunu və əmlakını ələ keçirən Landru sonda onları bir-bir öldürdü. Yalnız fırıldaq gəldiyi xanımlardan birinin qardaşı bacısı ilə bağlı ciddi maraqlandığı üçün dəhşətli cinayətlər ortaya çıxdı.
Ancaq törətdiyi cinayətlərə baxmayaraq, Landru ittiham olunduğu məhkəmədə sözləri ilə hər kəsdə şok yaratdı:
“Həyatıma daxil olan qadınlarla bağlı danışmaq istəmirəm. Onlar yox oldularsa, bunun mənimlə bir əlaqəsi yoxdur”.
Onlarla qadını öldürən, təxminən bir o qədər uşağı anadan yetim halına salan Landru haqqında Paris məhkəməsi edam qərarını verdi. O doğulduğu, cinayətlər etdiyi şəhərdə də cəzasını alacaqdı.
Landrudan edam öncəsi son istəyi haqda soruşulduqda “Saqqalımı kəsməyin” cavabını verdi.
Bu qati cinayətkar edam olundu, fəqət onun öldürdüyü onlarla qadının cəsədi tapılmadı.
Bu sirrin üstü Landrunun ölümündən 45 il sonra açıldı. Landru evində çəkdiyi bir rəsmin arxasında “Mən etdim və cəsədləri də yandırdım” fikrinə rast gəlindi.