ABŞ-ın Arkanzas ştatının Texarkana şəhərində yaşayan 29 yaşlı Kayla Cons (Jones) adlı qadın əri Kodi (Cody) ilə cox məsuliyyətli qərar qəbul etməli olublar.
Teleqraf.com xəbər verir ki, 17 yaşında yumurtalığında yaranan problem ucbatından dünyaya uşaq gətirə bilməyən Kayla surroqat ana axtarışında olub. Amma onun axtarışları nəticəsiz olub.
Nəhayət, qayınanası 50 yaşlı Pətti (Patty Resecker) surroqat ana olmağa razılıq verib. Əməliyyat uğurla nəticələnib. 2017-ci ilin noyabrında ailədə körpə səsi gəlib. Balaca Kross Allen Cons (Kross Allen Jones) sağlamdır.
İndi cütlük Krosa qardaş olsun deyə daha bir uşaq dünyaya gətirmək istəyirlər.
Kayla və Kodi cütlüyü onları ələ salanlara belə cavab veriblər: "Yerimizdə olmadığımız üçün heç nə bilmirsiz".