Cənubi Koreyanın dövlət başçısı Mun Cay İn Şimali Koreyaya səfər edəcək.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, onu Şimali Koreyanın prezidenti Kim Yo Jonq ölkəyə dəvət edib.
Dəvət Şimali Koreya prezidentinin bacısı Kim Yo vasitəsilə göndərilib.
Mun Cay İn səfərin baş tutması üçün hər iki Koreya dövlətinin lazımi şərtləri yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Şimali və Cənubi Koreya liderləri son dəfə 2007-ci ildə bir araya gəlib.