11 Fevral 2018 01:14
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Oreqan ştatindan olan senator-demokrat Ron Uayden Prezident Donald Trampla rusiyalı biznesmen Dmitri Rıbolovlev arasında daşınmaz əmlakla bağlı müqavilənin araşdırılmasını tələb edir.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Ron Uayden bu barədə ABŞ Maliyyə Nazirliyinə məktub göndərib. O, bu məsələdə çirkli pulların yuyulması və ya digər qanunsuz maliyyə əməliyyatının mümkünlüyündən şübhələnir. Bununla belə senator hər hansı konkret fakt açıqlamayıb.

Qeyd edək ki, Tramp 2004-cü ildə 41 milyon dollar ödəyərək Floridada böyük torpaq sahəsi olan mülk alıb. 2008-ci ilə o, həmin mülkü 95 milyon dollara Dmitri Rıbolovleva satıb.


Müəllif: Nahid

Oxşar xəbərlər