Ötən həftə Türkiyə və Yunanıstan arasında Kardakla bağlı yaranmış gərginlik sona çatıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məsələ Türkiyə Baş naziri Binəli Yıldırım və yunan həmkarı Aleksis Çipras arasında telefon danışığında öz həllini tapıb.
Yıldırım Egey dənizindəki gərginlikdən narahat olduqlarını və təzyiqin azaldılaması üçün Yunanıstanın lazımı addımlar atmasının vacibliyini vurğulayıb.
Baş nazirlər hər iki ölkənin hərbi nazirlərinin görüşünün keçirilməsi ilə bağlı razılığa gəliblər.
Telefon danışığından sonra Kardakda keşik çəkən türk hərbi gəmiləri sahilə qayıdıb.
Qeyd edək ki, fevralın 12-də Yunanıstana məxsus hərbi gəmi Kardakdan Türkiyə sularına daxil olmuşdu. Bundan sonra türk sahil mühafizə xidmətinə məxsus gəmi ilə yunan gəmisi toqquşmuşdu.