18 Fevral 2018 14:10
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Ceyms Vulsi Rusiyanın ölkəsindəki seçkilərə müdaxilə iddialarını şərh edib.

Teleqraf.com xəbər verir ki, MKİ-nin sabiq direktoru Amerikanın da zamanında digər ölkələrdə keçirilən seçkilərə müdaxilə etdiyini deyb.

O, bu etirafını ABŞ-ın FOK Televiziya kanalında edib:

“Bəli, biz də seçkilərə müdaxilə etmişik. Ancaq bunu kommunistlərin iqtidara gəlməsini əngəlləmək üçün, siyasi sistemin yaxşılığı üçün, yəni demokratiyanın mənfəətləri və sadəcə yaxşı bir məqsəd naminə etmişik”.

Bill Klintonun prezidentliyi dövründə MKİ direktoru olan Ceyms Vulsinin bu açıqlamasına Rusiyanın Londondakı səfirliyi sosial media hesabında “Hər şeyi anladır” şəklində reaksiya verib.


Müəllif: Cavad

Oxşar xəbərlər