Almaniyada qalmaq şərtlərini pozan Gürcüstan vətəndaşlarının kütləvi deportasiyasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Berlindəki səfirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, artıq 65 gürcü ölkədən çıxarılıb.
Qeyd edək ki, 2017-ci ilin martında Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim qurulub. Gürcüstan vətəndaşları vizasız 90 gün ərzində Avropa İttifaqı və Şengen ölkələrində qala bilərlər. Lakin iş və ya tədris üçün viza almağa məcburdurlar. Qaydaları pozanları Gürcüstana deportasiya edir və 3 min avro cərimələyir, həmçinin 5 il ərzində Aİ-yə gəlməyə qadağa qoyurlar.