Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamalarından birində Afrində keçirilən “Zeytun budağı” hərəkatında istifadə edilən silahların yerli istehsal olduğuna diqqət çəkmişdi.
Teleqraf.com Türkiyənin “Haber7” informasiya portalına istinadla Türkiyə Silahlı Qüvvələrinin Afrində istifadə etdiyi 16 yerli silahın siyahısını təqdim edir:
- “Anka” və “Bayraqdar” adlı pilotsuz uçuş aparatları;
- “Alpagu” qanadlı dronları;
- 40 kilometr uzaqlıqda olan hədəfi asanlıqla məhv edən T-155 Fırtına artilleriya qurğusu;
- Mina və əl qumbaralarından qoruna bilən “Kirpi” zirehli avtomobilləri;
- 9 nəfərlik şəxsi heyəti daşıya bilən “Kobra” zirehli avtomobilləri;
- Dəqiqədə 650 atış edə bilən MPT-76 avtomatları;
- Gündüz və gecə istənilən hava şəraitində atəş aça bilən T-122 ÇNRA raket daşıyıcıları;
- T-129 ATAK helikopterləri;
- Lazerlə işləyən ASELSAN raketləri;
- 100 kilometrlik mənzilə malik TR-300 qasırğa raketi;
- Snayper qulləsinə sahib yerli zirehli döyüş vasitəsi olan Akıncı ZMA;
- Müasir radarqarışdırıcı sistemlərə malik “Koral” mobil elektron müharibə qurğusu;
- Qırıcıların hədəfi dəqiq vurması üçün bombalara quraşdırılan və 40 kilometr uzaqlıqdakı hədəfi seçə bilən “Həssas Güdüm Kiti” (HCK);
- Qısa, orta, uzaq mənzilli radarlardan yayına bilən, qurudan və dənizdən atılan “Som” raketləri;
- Hədəfi 3750 metrdən vura bilən UMTAS raketləri;
- 7,62 mm kalibrli, 1200 metr mənzilə sahib BORA-12 snayper silahı;
Bundan başqa, Türkiyə Müdafiə Sənayesi Nazirliyi hazırda bir çox silah layihələrinin həyata keçirilməsi ilə məşğuldur:
- Türkiyə, Fransa və İtaliya şirkətlərinin birgə istehsalı olan EUROSAM hava hücumundan müdafiə sistemləri;
- “Leopard” tanklarını əvəvz edə biləcək “Altay” tankları;
- “Əjdər” zirehli avtomobilləri və “Samur” səyyar üzmə körpüsü;
- MİL-Gem layihəsi: LHD hücum gəmisi, LST amfibiya gəmisi, MOSHIP xilasetmə gəmisi, “Sahil” təhlükəsizlik gəmisi, YTKB polis botu;
- Yeni sualtı gəmi layihəsi: “Piri Reis” sualtı gəmisi bu il istifadəyə veriləcək və 2030-cu ildə onun sayı 6-ya çatdırılacaq;
- TF-X qırıcısı, HÜRKUŞ təlim və döyüş təyyarəsi, GÖLTÜRK nəzarət təyyarələri;
- STAMP sahil-təhlükəsizlik silah sistemi: MPT-76 piyada silahı, UMTAS uzaq mənzilli, OMTAS qısa mənzilli raketləri;
- Kiber təhlükəsizlik sahəsində HAVA SOJ, QURU SOJ, SİSAMER, KAYI, HEWS sistemləri;
Bu silahlarla yanaşı, araşdırma mərhələsində olan “Ovçu”, “Mildar, “Tuyğun”, “Ulak”, “İpək”, “Kristal” kimi layihələr də mövcuddur.