Almaniya merkeli Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək Şəqri Qutada atəşkəs layihəsinə dəstək olmağı xahiş ediblər.
Teleqraf.com xəbər verir ki, Fransanın prezident sarayı Eliza zalından verilən məlumata görə, məktubda Şərqu Qutaya hümanitar yardımın çatdırılması, yaralıların müalicəsi, atəşkəsin elan olunması yönündə Rusiyanın müsbət addımlar atmasının vacibliyi qeyd edilir.
Ölkə başçıları Putini Suriyadakı böhranla bağlı məsuliyyəti bölüşməyə çağırıblar.