28 Fevral 2018 02:15
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nyu York Tayms" qəzeti Şimali Koreyanın Suriyaya kimyəvi silah istehsalında istifadə edilə biləcək materiallar göndərdiyi barədə xəbər yayıb.

Teleqraf.com xəbər verir ki, nəşr BMT sanksiya komitəsinin hələ yayımlanmayan hesabatına istinadla keçən ilin yanvarında Koreyada imyəvi silah zavodlarında istifadə olunan materiallardan ibarət iki gəminin Dəməşqə yola salındığını və beynəlxalq sularda saxlanıldığını yazıb.

Xəbərdə Şimali koreyalı raket istehsalında çalışan texniki mütəxəssislərinin Suriyadakı kimyəvi silah və raket obyektlərində işlədiyi vurğulanıb.

Suriya ilə Şimali Koreya arasındakı bu ticarətin Suriyadakı kimyəvi silahların artmasına və Şimali Koreyanın nüvə və raket proqramları üçün nağd ödəniş əldə etməsinə gətirib çıxardığı bildirilir.

Mümkün kimyəvi silahların 2012-2017-ci illərdə Şimali Koreyadan Suriyaya göndərildiyi vurğulanır. İddia olunur ki, onlar qadağan olunmuş balistik raketlərin və hərbi materialların hərbi və mülki məqsədlər üçün istifadə edilə biləcək hissələridir.

Hesabatı hazırlayan ekspertlərin fikrincə, Şimali Koreya ilə Suriya arasında kimyəvi silahlar mövzusunda mövcud və ya davamlı işbirliyi olub-olmadığını söyləmək çətindir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər