1 Mart 2018 17:41
3 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Serj Sərkisyan 2009-cu ildə Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün imzalanan protokolları ləğv etdiyini açıqlayıb.

Teleqraf.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair protokol 2009-cu ilin oktyabrında Sürxdə imzalanıb. Sənəd hər iki ölkənin parlamentində təsdiqləndikdən sonra qüvvəyə minəcəkdi. Bundan sonra Türkiyə Ermənistanla sərhədi açacaqdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər