Donald Tramp komandasının Rusiya ilə münasibətlərini təhqiq edən xüsusi prokuror Robert Müller prezidentin kürəkəni Kuşunerin əlaqələrini araşdırmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Kuşunerlər ailəsinə aid əmlakın saxlanılması üçün Türkiyə, Qətər, Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliyinin seçilməsi xüsusi prokurorun marağına səbəb olub.
NBC kanalının xəbərinə görə, Müller prezident kürəkəninin görüşlərdə Ağ ev siyasətinə hansı formada təsir edib-etmədiyinin cavablarını axtarır.
Araşdırma çərçivəsində amerikalı müstəntiqlər Kuşunerlə bağlı informasiya almaq məqsədilə Federal Təhqiqatlar Bürosunun (FBR) Ankaradakı nümayəndəsi vasitəsilə Türkiyə vətəndaşları ilə təmaslara girdiyi bəlli olub.