10:26
Ukraynada əsirlərin azad edilməsi üzrə təşkilatın sədri Vladimir Ruban həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Baş prokuroru Yuri Lutsenko məlumat verib.
O bildirib ki, Ruban Kiyevdən qanunsuz yolla silah arsenalı çıxarmaq istəyərkən saxlanılıb.
***
Səhər saatlarında Kiyevdə saxlanılan Ukraynada əsirlərin azad edilməsi üzrə təşkilatın sədri Vladimir Rubanın həbs edilə səbəbi bəlli olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, qanunsuz silah saxlamaqda və ölkə prezidenti Petro Poroşenkoya qarşı sui-qəsddə ittiham edilir.
O, hazırda Kiyev məhkəməsinə gətirilib.
Затриманому керівнику «Офіцерського корпусу» Володимиру Рубану обирають запобіжний захід у суді в Києві pic.twitter.com/x92mZGMbsH
— Hromadske.UA (@HromadskeUA) 9 марта 2018 г.