Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun qızı Yelizaveta Feysbuk hesabında kiberbullinqlə bağlı üsyan edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, tez-tez internet təqiblərə məruz qaldığını deyib.
Yelizavetanın sözlərinə görə, son iki ildə bu cür təqiblər daha da artıb:
“Mənim zehni qabiliyyətim, yaxınlarım və həyat tərzim təhqirlərə məruz qalır. İlk reaksiyam inciklik, ikinci bütün insanlara nifrət, üçüncü isə dünyaya bunun əksini sübut etmək oldu. Sonradan məni sevənləri gördükdə anladım ki, hamı pis deyil. Bu məndə özümə inamı daha da artırdı. Mənim hər hansı səhvim çox böyüdülür. Düşünürəm ki, bunun mənimlə əlaqəsi yoxdur. Atamın işi, siyasətlə bağlılığı mənim sosial və real həyatıma ciddi təsir edir”.
Peskova bu vəziyyətdən çıxış yolu kimi insanların həyat səviyyəsinin yüksəlməsini göstərib:
“Hər hansı sərhəd yaratmaq vəziyyəti dəyişməyəcək. Həyat səviyyəsini və mədəniyyəti yüksəltmək bütün problemləri həll edə bilər”.
Qeyd edək ki, Peskova ilk dəfə “Avanti” assosiasyasının prezidentinin müşaviri kimi Sevastopola getdiyi zaman təqiblərə məruz qalmışdı. O, həmin tədbirdə çıxışı zamanı terminləri qarışdırmışdı.