Tokioda küçələrdə tapılan və polisə təqdim edilən pulların miqdarı milyonlarla ölçülür.
Teleqraf.com xəbər verir ki, Tokio Polis İdarəsi 2017-ci ilin müvafiq statistikasını açıqlayıb.
Məlum olub ki, şəhər sakinlərinin küçədən tapdıqdan sonra polisə gətirdikləri pulun miqdarı 35,3 milyon dollar olub.
Pulun 25 milyonu sahiblərinə qaytarılıb. Pulu tapanlara isə 4,77 milyon dollar verilib. 4,5 milyon dollar Tokio Bələdiyyəsinə çatıb.
Qeyd edək ki, Yaponiyada küçələrdən pul taparaq polisə təqdim edənlər onun 20 faizini hədiyyə olaraq geri alırlar.
Polisə təqdim edildikdən 3 ay müddətində pulun gerçək sahibi tapılmasa, həmin məbləğ bütövlükdə onu tapana verilir.