İŞİD terrorçularının təcavüzü nəticəsində doğulan körpələrin bir çoxu küçələrə atılır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri BMT Baş katibinin münaqişə bölgələri üzrə xüsusi nümayəndəsi Pramila Patten deyib.
Xüsusi nümayəndə bildirib ki, terrorçuların təcavüzündən sonra doğulan körpə uşaqlara ailələr sahib çıxmır. Beləcə uşaqlar ölüm təhlükəsi ilə üzləşirlər.
Diplomat qeyd edib ki, Bağdad, Ərbil və Mosula səfər edib, hökumət nümayəndələri, ictimai xadimlər, din liderləri, eləcə də İŞİD-in əlindən xilas edilmiş qadın və qız uşaqları ilə şəxsən görüşüb:
“Sağ qalan insanların ürək bulandıran hekayələrini öz dillərindən eşitdim”.