15 Mart 2018 20:43
4 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü islahatların tərəfdarı adlandıran və qadınların bir çox hüquqlarını bərpa edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salmanla bağlı şok iddia ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumat ABŞ kəşfiyyatı tərəfindən yayımlanıb.

İddiaya görə, şahzadə 2 ildir ki anasını Səudiyyədəki həbsxanalardan birində saxlayır:

“Buna səbəb onun anasının kralla görüşməsini istəməməsi olub. Bununla şahzadə bütün hakimiyyəti əlində saxlamağı planlaşdırıb. Anasının həbsxanada olmasını isə kraldan müxtəlif bəhanələrlə gizlədib. Ən inandırıcı bəhanə isə qadının ölkə sərhədlərindən xaricdə olmasıdır”.


Müəllif: Samir

Oxşar xəbərlər